Tədbirdə iştirak edən YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İB İH-nin sədri, yazıçı Məqsəd Nur "Şimşəksən sonra" kitabı haqqında tənqidi fikirlərini söyləyib, ədəbi mətnlərin konseptual təhlili istiqamətində aparılan işlərin zəruriliyini vurğulayıb.
Tədbirin moderatoru, YeniSi İB-nin həmtəsisçisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu "Şimşəkdən sonra" kitabını geniş təhlil edib, həmçinin müasir Azərbaycan ədəbiyyatının perspektivləri problemindən danışıb. Tədbirdə toxunulan problem ətrafında geniş müzakirələr aparılıb.