EN

Ali Məhkəmənin sədr müavini: Hakimlərin 30 faizi qadınlardan ibarətdir

BAKI, 18 iyun. TELEQRAF

Təlim prosesi zamanı hakimlərin peşə vərdişlərinə yiyələnmələri üçün təcrübəli hakimlərin mühazirələrini dinləməklə yanaşı həm də məhkəmələrdə təcrübə keçirlər.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ölkəmizdə hakimlərin xüsusi qaydada təyinatı institutu mövcuddur: "Müəyyən tələblərə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. Bu qayda çox məhdud şəkildə tətbiq olunur. Hazırda bütün hakim korpusunun yalnız 1,7 faizi (11 nəfər) xüsusi qaydada təyin olunmuş hakimlərdən ibarətdir".

Çingiz Əsgərov deyib ki, son 3 ildə 1600-dən çox namizəd seçim prosesində iştirak edib, onlardan 210 nəfər seçilərək yüksək hakim vəzifəsinə təyin olunub: "Yeni təyin edilmiş hakimlərin əksəriyyəti 35 yaşa qədər olan şəxslərdir. Onların təxminən 50 faizini qadınlar təşkil edir. Bu rəqəm əvvəlki illərdə xeyli aşağı 15 faiz idi. Son illərin təyinatı nəticəsində qadınların sayı bütünhakimlərin 30 faizinədək yüksəlib".

Chosen
4
teleqraf.com

1Sources