EN

Qvardiola İngiltərədə çalışdığı müddətdə ilk dəfə bu addımı atdı

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Kevin De Bröynenin gedişindən sonra komandanın yeni kapitanını müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, kapitanlıq sarğısı Bernardo Silvaya tapşırılıb. Erlinq Holand, Rodri və Ruben Dias “Mançester Siti”nin vitse-kapitanları seçiliblər.

Bildirilib ki, Qvardiola İngiltərədə olduğu müddətdə ilk dəfə kapitanı özü seçib. Əvvəllər bu məsələni yalnız oyunçular öz aralarında həll edirdilər.

Qeyd edək ki, əvvəlki kapitanlar Kayl Uoker (qışda "Milan"a gedib) və Kevin De Bröyne (klubdan azad agent kimi ayrılıb) idilər. Belçikalı yarımmüdafiəçi də "Napoli" ilə iki illik müqavilə imzalayaraq İtaliyaya yoollanıb.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
fanat.az

1Sources