EN

Nazim Sadıxov: "Rəqibimdən daha güclüyəm"

Nazim Sadıxov UFC-dəki növbəti rəqibindən daha güclü olduğunu düşünür.

"Report"un məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək azərbaycanlı idmançı mətbuat konfransında deyib.

O, rəqibinin təhlükəli olduğunu bildirib: "Amma mən daha güclüyəm. Onun görüşdən əvvəlki fikirlərinə önəm vermirəm. Bu, mənə maraqlı deyil. Döyüş meydanın hər dediyin sözə cavab verməli olacaqsa. Yalnız növbəti görüş haqqında düşünürəm və qələbə qazanmaq istəyirəm".

Qeyd edək ki, Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə üz-üzə gələcək.

Chosen
6
2
report.az

5Sources