EN

QDİƏT PA-nın nümayəndələri Zəfər parkını ziyarət ediblər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, sonra nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib. Qonağlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. 
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və parlamentin və təşkilatın komitə sədri Musa Quliyev, deputatlardan Səbinə Salmanova, Kamran Bayramov, Mahir Süleymanlıvə digər rəsmi şəxslər müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
3
olaylar.az

4Sources