EN

Bu gün 2000-dən çox müəllim sertifikasiya imtahanı verir

BAKI, 18 iyun. TELEQRAF

“2025-ci il üzrə sertifikatlaşdırma prosesinə artıq start verilib. Bu gün 18 müxtəlif imtahan mərkəzində 2000-dən artıq müəllimin iştirakı ilə proses başlayıb və davamiyyət 95% təşkil edir”.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin başlaması ilə bağlıjurnalistlərə açıqlama verərkən bildirib.

O qeyd edib ki, cari ildə kimya, fizika, biologiya, informatika və coğrafiya fənləri üzrə müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur və ümumilikdə 20 minə yaxın müəllimin iştirak edəcəyi planlaşdırılır:

“Son üç il ərzində 65 min müəllim bu prosesə qoşulub, onlardan 55 min nəfər prosesi uğurla tamamlayıb. Hazırda 17 mindən çox müəllim əməkhaqqının 35%-i, 38 min müəllim isə 10%-i həcmində aylıq əlavə alır.

19 şəhərdə, 44 mərkəzdə sertifikasiyaimtahanı keçirilir”.

O qeyd edib ki, eyni anda 10 min namizədin imtahan verməsi üçün şərait yaradılıb:

“2021-ci ildə bu göstərici 1500 nəfər idi. Ötən 3 ildə 250 min nəfərlik imtahan infrastruktur potensialı qurulub. Bu müddətdə 210 min nəfər imtahanlarda iştirak edib”.

Chosen
13
teleqraf.com

1Sources