EN

QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edibllər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament  Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Sonra nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib. Qonağlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və parlamentin və təşkilatın komitə sədri Musa Quliyev, deputatlardan Səbinə Salmanova, Kamran Bayramov, Mahir Süleymanlı və digər rəsmi şəxslər müşayiət ediblər.

 

Chosen
16
3
xalqqazeti.az

4Sources