EN

Paşinyan EEŞ-i Karapetyanın əlindən alır

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ən zəngin ermənisi Samvel Karapetyanın həbsindən sonra ona məxsus olan və bütün Ermənistanı elektrik enerjisi ilə təmin edən “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) qapalı səhmdar cəmiyyətini milliləşdirmək istəyir.

Karapetyanın gecə həbsi vaxtı jurnalistlərin ona EEŞ-in aqibəti ilə bağlı sualına, o, “Tüpürüm onlara da (Paşinyanın komandasına – ANS Press), “Ermənistan Elektrik Şəbəkələri”nə də!” cavabını verib.

Paşinyan bu barədə öz “Facebook” səhifəsində yazıb:

“Deyir: “Tüpürüm onlara da, “Ermənistan Elektrik Şəbəkələri”nə də”.

Yəni, bu adamlar EEŞ-i heç öz mülkləri hesab etmirdilər və bu strateji əhəmiyyətli qurumu, istehlakçıları və işçiləri vecinə almırlar, çünki “Ermənistan Elektrik Şəbəkələri” onların deyilsə, kimindir? İstehlakçılara və işçilərə, yəni xalqa məxsusdur, çünki bütün əhali EEŞ-ın ya istehlakçısı, ya da işçisidir.

Hesab edirəm ki, “Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinin (dövlətə məxsus olmasının) vaxtı çatıb.

Bu, tez baş verəcək və mənim bütün EEŞ işçilərinə göstərişim: öz iş vəzifələrinizi vicdanla yerinə yetirin.

Milliləşdirmədən sonra vicdanlılıq nəzərə alınacaq”.

Chosen
19
veteninfo.az

1Sources