EN

10-cu mərtəbədən yıxılan 2 yaşlı uşağa heç nə olmadı

Rusiyada maraqlı hadisə baş verib. Permdə onuncu mərtəbədəki mənzilin pəncərəsindən yıxılan uşaq sağ qalıb. O, xəstəxanaya yerləşdirilib. Bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.


Hadisə iyunun əvvəlində baş verib, lakin idarə bu barədə yalnız indi məlumat yayıb. 

"İki yaşlı qız yıxıldıqdan sonra təcili yardım çağırılıb. Həkimlər zərərçəkənə yardım göstərib və onu xəstəxanaya çatdırıblar, orada heç bir ağır xəsarət aşkar etməyiblər. Qıza ancaq pnevmotoraks diaqnozu qoyulub. Bundan əlavə, bu cür yıxılmalar tez-tez travmatik şokla müşayiət olunsa da, uşaqda bu yox idi", -məlumatda qeyd edilib.


“Mütəxəssislərin fikrincə, bu, onların təcrübəsində belə hündürlükdən yıxılan şəxsin sağ qaldığı yeganə haldır”, - idarədən bildiriblər.

Mütəxəssislər bildiriblər ki, bu, onların praktikasında belə yüksəklikdən yıxılan insanın sağ qaldığı yeganə haldır.

Hadisədən sonra zərərçəkmiş cərrahiyyə şöbəsinə aparılıb və daha bir neçə gün orada qalıb. Əlavə müayinələrdən sonra qızın sağlamlığı üçün təhlükə olmadığı məlum olub və o, evə buraxılıb.

Tural

Chosen
6
news365.az

1Sources