Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 3,79 ABŞ dolları və ya 5% artaraq 79,58 ABŞ dollarına bərabər olub.
Azərbaycan neftinin əvvəlki qiyməti 75,79 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.