LERİK, 18 iyun. TELEQRAF
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, ümumi çəkisi 4100 kiloqram olan 15261 ədəd çətənə kolu yandırılaraq məhv edilib.