EN

İlham Əliyev: Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb

"Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb".

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarınma müraciətində yer alıb.

Müraciətdə bildirilib: "Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvələrindən başlayaraq Qərbi Azərbaycandan – Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir".

Chosen
9
49
teleqraf.com

10Sources