EN

MN: "Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək"

MN:

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, sözügedən döyüş sursatları iyunun 18-də saat 13:00-dan 17:00-dək təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
Chosen
16
23
reyting.az

10Sources