Bakıda keçiriləcək UFC Döyüş Gecəsində Körtis Bleydes ilə qarşılaşacaq Rizvan Kuniev mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, rəqibin reytinqdə 5 nömrə olmasına rusiyalı debütant münasibət bildirib:
"Mənim üçün böyük şansdır ki, belə rəqiblə qarşılaşıram. Körtis ilə görüş top səviyyədə döyüşə bildiyimi göstərmək üçün şansdır. Körtis deyib ki, debütant olsaydı özü kimi rəqiblə qarşılaşmaq istəməzdi? Yanlız fikirdir. Bunu sübut edəcəm. Karyeramda daha güclü rəqiblərə qarşı döyüşmüşəm və bunu göstərəcəm".
Qeyd edək ki, UFC Döyüş Gecəsi iyunun 21-də baş tutacaq.