EN

AEBA-nın Baş direktoru: İranın nüvə silahı yaratmaq cəhdlərinə dair hələ heç bir sübut tapılmayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə silahı yaratmaq cəhdlərinə dair hələ də heç bir sübut tapmayıb.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu AEBA-nın Baş direktoru Rafael Qrossi CNN-ə müsahibəsində bildirib.

Müsahibədə o, İranın nüvə silahı yaratması üçün lazım olan vaxtla bağlı iddialara cavab olaraq deyib: “Bu, əlbəttə, sabahın, bəlkə də yaxın illərin məsələsi deyil. Bunlar, sadəcə fərziyyələrdir”.

AEBA-nın Baş direktoru qurumun müfəttişlərinin İranın bütün sülh məqsədli nüvə fəaliyyətindən xəbərdar olmadığı barədə bəyanatlarını təkrarlayaraq bildirib: “İndiyə qədər bildirdiyim şey budur - nüvə silahının istehsalına doğru təşkil olunmuş hərəkətin sübutunu görməmişəm”.

Chosen
85
24
report.az

10Sources