EN

İrandan İsrailə nüvə təhdidi VİDEO

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran dövlət mediası 18 iyun səhər saatlarında yayımladığı bir videoda miniatür nüvə başlığı görüntüsünü paylaşıb. 

Sözügedən görüntülərin İran rejiminə bağlı "İranian arabic" xəbər agentliyi tərəfindən yayımlanıb.

Video “Bəlkə” (farsca: شاید) başlığı ilə təqdim edilib və beynəlxalq müşahidəçilər tərəfindən nüvə təhdidi kimi qiymətləndirilib.

Hələlik rəsmi olaraq bu görüntünün real hərbi güc nümayişi, yoxsa psixoloji təzyiq məqsədilə yayımlandığı aydın deyil. Lakin regiondakı gərginlik fonunda belə bir mesaj İranın qırmızı xətləri keçə biləcəyi ehtimalını gündəmə gətirir. Ekspertlər bunun yalnız İsrailə deyil, həm də ABŞ və regiondakı müttəfiq dövlətlərə ciddi xəbərdarlıq siqnalı olduğunu bildirirlər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

1Sources