EN

Azərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir - Fuad Ələsgərov

Bakı. Trend:

Bu il Azərbaycanda məhkəmə hakimiyyətinin idarəedicifunksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasınınyaradılmasının 20 illiyi qeyd olunur. 2005-ci ildə bu qurumunformalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı,onun idarəolunmasının institusional əsaslar üzərində qurulması yenimərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyigeniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasınınfəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəlitənzimləmə mexanizmləri tətbiq olunub. Eyni zamanda, müasir dövrdəməhkəmə idarəçiliyi artıq yalnız inzibati funksiyaların icrası iləməhdudlaşmır, əksinə, ədalət mühakiməsinin keyfiyyəti, şəffaflığıvə ictimai etimadın formalaşdırılmasında mühüm vasitə kimi çıxışedir

Trend xəbər verir ki, bufikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi,Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə işşöbəsinin müdiri Fuad Ələsgərov Məhkəmə-Hüquq Şurasınınfəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyisahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılışmərasimində deyib.

Fuad Ələsgərov qeyd edib ki, ölkəmizdə bu sahədə ardıcılməqsədyönlü tədbirlər həyata keçirilməkdədir:"Bu tədbirlərin birnümunəsi kimi “Məhkəmə-hüquq sistemində islahatlarındərinləşdirilməsi haqqında” Fərman göstərilə bilər. Həmin Fərmanınicrası nəticəsində məhkəmə sistemində rəqəmsallaşmanınsürətləndirilməsi, hakimlərin seçimi və fəaliyyətininqiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, “Elektronməhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə fəaliyyətinindigər istiqamətləri üzrə əhəmiyyətli müsbət nəticələr əldə edilib.Bildiyiniz kimi, 2025-ci il Azərbaycan Respublikasının Prezidentitərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub.Bu kontekstdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədövlət təsisatlarının, o cümlədən məhkəmə hakimiyyəti orqanlarınınfəaliyyətinin bərpası prosesini xüsusi vurğulamaq istərdim. Buproses Azərbaycanın suverenliyinin real təcəssümüdür və əminəm ki,bu sahədə görülən işlər də uğurla başa çatdırılacaq. AzərbaycanRespublikası məhkəmə-hüquq sistemini daha da təkmilləşdirməkəzmindədir. Bu yolda əsas hədəf ədalət mühakiməsininsəmərəliliyinin və keyfiyyətinin hərtərəfli artırılmasıdır.İnanıram ki, bugünkü beynəlxalq tədbir məhkəmə idarəçiliyindəqabaqcıl təcrübənin paylaşılması, fikir mübadiləsinin aparılması vəgələcək əməkdaşlıq üçün məhsuldar zəmin yaradacaq", - deyə FuadƏləsgərov vurğulayıb.

Chosen
25
6
az.trend.az

7Sources