EN

İşsiz idi, maddi sıxıntıları vardı - Fərhad Yalquzağın dostu danışdı

BAKI, 18 iyun. TELEQRAF

Maddi sıxıntıları vardı, uzun müddətdir ki, işsiz idi.

Bunu mərhum Fərhad Yalquzağın dostu Gündüz Hunlar Teleqraf-a açıqlamasında deyib.

Onun sözlərinə gorə, rəssam əvvəllər heç vaxt intihara cəhd etməyib.

"İdmançı idi. Birinci Qarabağ müharibəsində döyüşmüşdü.

Bacısı mənə zəng etdi ki, Fərhaddan xəbər yoxdu. Biz Fərhadla yaxın dostuq. 16 yaşımızdan bərabər oturub-durmuşuq. Bacısı məndən soruşdu ki, xəbərin yoxdur haradadı? Çünki Fərhad tez-tez çıxıb harasa gedirdi. Rayona, ora-bura. Gedəndə emalatxananın açarlarını qızına verərdi ki, keçib quşlara yem versinlər. Emalatxanada tutuquşular saxlayırdı.

Bacısı dedi qapı bağlıdır, özü də yoxdur. Zəngə cavab vermir. Mən də uşaqlara xəbər saldım, soruşdum. İyirmi gün bundan qabaq danışmışıq. Çox yaxın dost idik, baş qarışıq oldu, bir müddətdir görüşmürdük.

Sonra Cavid Məmmədov zəng etdi dedi ki, emalatxananın qapısını sındırıblar, içəridə tapılıb. Gecə saat bir-iki arası baş verib

Biz indi morqa gedirik. Bacısıyla gecə danışdıq, dedi ki, 11-də morqdan meyit götürüləcək. Zabrat qəsəbəsində anasının yanında dəfn ediləcək.

Fərhad Yalquzaq həyat yoldaşından ayrılmışdı, amma qonşu mənzillərdə yaşayırdılar. Aralarında bir divar var. Emalatxanasını onlara verib, özü də qonşuda kirayədə qalırdı. Ailəsinə baxırdı, qızına baxırdı", Gündüz Hunlar bildirib.

Chosen
33
teleqraf.com

1Sources