EN

Aslan Kərimov: Bir komandanın ki, baş məşqçisi ispan oldu, deməli...

ain.az, sport24.az saytına istinadən bildirir.

"Sele" kimi bizim də zəif və güclü tərəflərimiz var. Rəqib son mövsümdə Sloveniya kubokunu qazanan komandadı. Ondan əvvəlki ildə isə çempion olub. Bu isə kiçik uğur deyil". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib."Sabah"ın Avropa Liqasındakı rəqibi "Sele" haqda danışan mütəxəssis Sloveniya təmsilçisinin güclü tərəflərini qeyd edib: "Sele" hər mövsüm titul qazana bilir. Heyətində yerli futbolçular çoxluq təşkil edir. Sloveniyalılar baxımlı oyunla və nəticə qazanmağı bacaran komandadır. futbol oynamağı bacarır. İspaniyalı mütəxəssis 2023-cü ildən"Sele"nin "sükanı arxasında2 olub. Daha sonra Fransaya üz tutub. Orada işləri yaxşı alınmadığından bu mövsümdən yenidən "Sele"yə qayıdıb. Bir komandanın ki, baş məşqçisi ispan oldu, deməli, həmin kollektivin oyun fəlsəfəsi topa daha çox nəzarət etmək üzərində qurulub".

Kərimov "Sabah"ın hazırda baş məşqçisiz qalmasını təmsilçimiz üçün mənfi cəhət kimi vurğulayıb: "

"İndiki durumda Sabah"ın Vasili Berezutski ilə yollarını ayırması heç də yaxşı hal deyil. "Sele" ilə matçda texniki zonada komandanı kim idarə edəcək? Qısa zamanda böyük dəyişikliklər etmək çox çətindir. Amma onu da vurğulayım ki, "Sabah"ın potensialı "Sele"ni keçməyə imkan verir".Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
2
sport24.az

3Sources