EN

Rəqəmsal texnologiyaların inkişafı milli insan hüquqları təsisatlarının rolunu aktual edir - Ombudsman

Bakı. Trend:

Rəqəmsal texnologiyaların sürətlə inkişafı bu sahədə milli insanhüquqları təsisatlarının rolunu aktual edir.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqlarıüzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün keçirilən “Qanununaliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqlarıinstitutlarının rolu” mövzusunda Ombudsmanların BeynəlxalqSimpoziumunda çıxış edərkən deyib.

O vurğulayıb ki, Qanunun aliliyinin təmin edilməsinin əsaselementlərindən biri də qanunvericiliyin müasir çağırışlara uyğunolaraq təkmilləşdirilməsidir:

“Ombudsman təsisatı olaraq qanunvericiliyin təkmilləşdirilməsiprosesində yaxından iştirak edir, normativ hüquqi akt layihələrinədair tərəfimizdən rəy və təkliflər verilir, habelə qanunların qəbuledilməsi, ləğv edilməsi və ya onlarda dəyişikliklər edilməsi iləbağlı Milli Məclisə təkliflər təqdim olunur. Qanunun aliliyinintəmin edilməsində digər vacib amil normativ hüquqi aktlarınicrasına nəzarətin effektiv təşkilidir. Müsbət təcrübə olaraqbildirirəm ki, “İnformasiya əldə etmək haqqında” AzərbaycanRespublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsindətərəfimizdən informasiya əldə etmək hüququnun təmin edilməsi,habelə qanunvericiliklə müəyyən edilmiş müddətdə informasiyasorğularının cavablandırılması üzrə zəruri tədbirlərgörülməkdədir”.

S.Əliyeva vurğulayıb ki, Ombudsman və milli insan hüquqlarıtəsisatlarının məhkəmə orqanları ilə əməkdaşlığı qanunun aliliyinintəmin olunmasına mühüm töhfə verir:

“Bu əməkdaşlıq, hüquqi problemlərin sistemli şəkildəaşkarlanmasına, hüquq və azadlıqların müdafiəsi üzrə preventiv vəeffektiv tədbirlərin görülməsinə şərait yaradır, insan hüquqlarınıninstitusional müdafiəsini gücləndirir. Konstitusiya Məhkəməsi iləəməkdaşlığımız öz növbəsində qanunun aliliyinin təmin edilməsinə,qanunvericiliyin təkmilləşdirilməsinə və hüquq müdafiəmexanizmlərinin effektivliyinin artırılmasına xidmət edir”.

Chosen
9
2
az.trend.az

3Sources