EN

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Belarusa gedəcək

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Belarusa səfər etmək niyyətindədir və orada prezident Aleksandr Lukaşenko ilə görüşəcək.

Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətlərinin fikrincə, potensial söhbətin mövzuları qeyri-müəyyəndir, lakin Kelloqq şəxsi olaraq səfəri “Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqlarına başlamağa kömək edə biləcək” addım kimi təqdim edib. Belarus və Amerika tərəfləri məlumatı şərh etməyiblər.

“Reuters” bildirir ki, bu cür səfərlərin planlaşdırılması diqqətli məsləhətləşmələr tələb edir, ona görə də planların dəyişməsi mümkündür. ABŞ hakimiyyəti Minski az da olsa, Moskvanın təsir dairəsindən çıxarıb Vaşinqtonun orbitinə çıxarmağın yollarını müzakirə edir.

//Samir Qurbanov, Editor.az

Chosen
21
1
editor.az

2Sources