EN

Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası Bakıda keçiriləcək

BAKI, 18 iyun. TELEQRAF

Bu ilin oktyabr ayında 93 ölkənin hakimlərinibirləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası paytaxtımızda keçiriləcək.

Teleqraf xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

Bu mühüm tədbirin Azərbaycanda keçirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlara beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.

Chosen
28
2
teleqraf.com

3Sources