EN

"Barselona" və "Milan" ulduz futbolçularını dəyişə bilər

"Milan" mərkəz müdafiəçisi Ronald Arauxonun əvəzində "Barselona"ya öz oyunçusunu təklif edə bilər. 

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Barselona"nın da transfer siyahısında olan Rafael Leao yay transfer pəncərəsində "Milan"dan ayrılmaq istəyir.

“Rossonerilər” Arauxonun əvəzində portuqaliyalını “blauqranaya” təklif etməyi düşünür.

Uruqvaylının Kataloniya klubundakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Arauxo yanvarda müqaviləsini 2031-ci ilə qədər uzatsa da, hələ ki, əsas heyətdə daimi yerini bərpa edə bilməyib.

"Transfermarkt" Leaonun dəyərini 70 milyon, Arauxonu isə 35 milyon avro olaraq qiymətləndirir.

"Fənərbaxça"nın gündəmində olan futbolçu Ronaldonun komanda yoldaşı ola bilər

“Sabah”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib

“Atletiko”nun alternativ planı

“Barsa”nın futbolçusu əməliyyat olundu

Super Liqa təmsilçisində yeni təyinat - RƏSMİ

Chosen
9
1
apasport.az

2Sources