EN

"Qarabağ"ın rəqibi müəyyənləşir: Bu komandalardan biri ilə qarşılaşacaq

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq. Saat 14:00-da başlayacaq püşkatmada Ağdam təmsilçisi daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alacaq.

Qurban Qurbanovun komandasının potensial rəqibləri “Ryeka” (Xorvatiya), Pafos (Kipr), “Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta), KuPS (Finlandiya) – “Milsami” (Moldova), TNS (Uels) – “Şkendiya” (Şimali Makedoniya), “Levadiya” (Estoniya) – RFŞ (Latviya), “Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq), “Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq), “Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya), “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya), “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina) cütlərindən birinin qalibi olacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.

Chosen
9
2
publika.az

10Sources