2007-ci ildə İranın və Koreya Xalq Ddemokratik Respublikasının (KXDR) yeraltı istehkamlarını məhv etmək üçün hazırlanan 20 ədəd GBU-57 bombaları 2011-ci ilin noyabrında ABŞ Hərbi Hava qüvvələrinə (HHQ) verilib. Sonradan Pentaqon GBU-57-nin bu məqsədlər üçün kifayət qədər güclü olmadığını etiraf etdi və 2013-cü ilin yanvarında GBU-57 bombalarının modernləşdirilməsinə başlandı. Sursatın təkmilləşdirilməsinə sərf olunan vəsait nəzərə alınmaqla inkişaf proqramının ümumi dəyəri təxminən 400 milyon dollar təşkil edib.

2018-ci ildə ABŞ administrasiyasının hazırda Tehranın nüvə proqramı üzrə danışıqlarda İran hakimiyyətinə təzyiq rıçaqı kimi bunker əleyhinə bombalarının İsrailə ötürülməsi imkanını nəzərdən keçirdiyi də məlumdur. Hazırda ABŞ-yə məxsus iki aviadaşıyıcı zərbə qruplaşması, onlarla yanacaqdaşıyan təyyarə İrana yaxınlaşır.Bu isə 100-dən artıq müasir F-35 qırıcı təyyarəsi, minlərlə “Tomoqavk” qanadlı raketləri, müasir hava hücumundan müsdafiə (HHM) kompleksləri deməkdir.
Belə bir qruplaşmanın tərkibinə ABŞ-nin Avropada, Yaxın Şərqdə və Ərəbistan yarımadasında mövcud olan hərbi potensialını və Trampın son “Tehranı boşaldın” bəyanatını da əlavə etsək, İranın yaxın 2-3 gündə vəziyyətinin kritik həddə çatacağı şübhəsizdir. Belədə ABŞ-nin bunker əleyhinə bombaları İsrailə verəcəyi gözlənilir.
Vaşinqton, həmçinin daha ağır və daha səmərəli olan GBU-72 bombalarına da malikdir, lakin onları hədəfə atmaq üçün B-2 tipli ağır bombarbardmançı təyyarələrə ehtiyac var ki, bu təyyarələr də İsraildə yoxdur.

Bu bxaımdan, İsrailin GBU-57 bombasını əldə etməsi daha məqsədəuyğundur. Digər tərəfdən isə 2018-ci ilə qədər növbəti modernləşdirilməsi həyata keçirilən GBU-57 bombalarının xüsusiyyətləri daha dərində yerləşən hədəfləri vurmaq üçün artırılıb. Böyük ehtimalla yaxın gələcəkdə bu bombaların real müharibə şəraitində istifadəsini izləmək imkanımız olacaq.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az