EN

Amerikalı kişilər daha çox ağlayır

Yazını böyüt
Yazını kiçilt

Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsİOM) və ABŞ-da yerləşən YouGov təşkilatının birgə araşdırmasına görə, Rusiyada kişilər amerikalı həmkarlarına nisbətən daha az ağlayırlar. Sonuncu dəfə nə vaxt ağladıqlarını soruşduqda rus kişilərin 27 faizi “10 ildən çox əvvəl” cavabını verib. Amerikalı kişilərin yalnız 7 faizi eyni cavabı verib.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, son bir həftədə ağladığını söyləyənlərin nisbəti ABŞ-da yüzdə 40, Rusiyada isə yüzdə 28 olaraq təyin edilib. Hər iki ölkədə qadınlar kişilərdən daha çox ağlayır. Bununla belə, amerikalılar öz hisslərini ifadə etməkdə ümumiyyətlə daha açıqdırlar. Məsələn, rus kişilərin yalnız 12 faizi ağrıdan ağlamağa hazır olduqlarını deyirsə, ABŞ-da bu nisbət 40 faizə yüksəlir. Oxşar fərqlər kədərli musiqi, uğursuzluq və ya nostalji qarşısında müşahidə edildi.

VTSIOM-un analitikləri hesab edirlər ki, Rusiyada emosional təzyiqin əsas səbəblərindən biri gender normalarıdır. Araşdırmaya görə, bir çox rus kişinin ağlamasının yeganə tutarlı səbəbi sevilən birinin ölümü olsa da, hər beş nəfərdən biri bu vəziyyətdə belə ağlayacağını düşünmür. Mütəxəssislər vurğulayırlar ki, emosiyalarla baş-başa qalmaq, onları boğmaq bilavasitə ölkədə psixoloji problemlərin artması ilə bağlıdır.

Chosen
10
hafta.az

1Sources