EN

İran rəsmisi açıq-aydın hədələdi: “Təl-Əviv və Hayfanı tərk edin!” - Cəza əməliyyatları başlayır

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi İsrailə qarşı daha sərt tədbirlərin yaxınlaşdığını bəyan edib. Onun sözlərinə görə, indiyədək atılan addımlar sadəcə xəbərdarlıq xarakteri daşıyıb, lakin yaxın günlərdə "cəza əməliyyatları" başlayacaq.

Yenisabah.az xəbər verir ki, Musəvi bildirib ki, İsrail hərbi əməliyyatlar adı altında İran xalqına hücum edir və İranın yayım qurumunu susdurmağa çalışır. O, İran xalqının bu təcavüzə təslim olmayacağını və cavab tədbirlərinin qaçılmaz olduğunu vurğulayıb.

General həmçinin işğal olunmuş ərazilərdə yaşayanlara — xüsusilə Təl-Əviv və Hayfa sakinlərinə — həmin əraziləri tərk etməyi tövsiyə edib: "Netanyahunun çılğın planlarına qurban getməyin". O, İranın şəhidlərin qanını yerdə qoymayacağını və düşmənin həyati hədəflərinin vurulacağını qeyd edib.

Əsmətxanım


Telegram kanalımız
Chosen
11
1
yenisabah.az

2Sources