EN

Soyuqdəymə zamanı tərlədici vasitə -Qaraqınıq otu

Xoşbəxtlik otu kimi tanınan qaraqınıq otu ən güclü təbii antibiotik sayılır. Sağlamolun.az qaraqınıq otunun faydalarını təqdim edir:
- Qurudulmuş qaraqınıq otundan çay dəmləyib içmək həzm prosesini yaxşılaşdırır, iştahanı açır, mədə şərəsi azlığında , mədə-baqırsaq traktı xəstəliklərində yaxşı təsir göstərir, mədədə iltihabı və spazmanı aradan qaldırır. - Qaraqınıq otundan hazırlanmış çay soyuqdəymədə tərlədici vasitə kimi istifadə edilir, boğaz ağrılarında qarqara kimi istifadə edilir. - Öskürəyə qarşı yaxşı təsir göstərir. - Mərkəzi sinir sistemini sakitləşdirir, həzm prosesini nizamlayır, tər vəzilərinin fəaliyyətini artırır, bağırsaq peristaltikasını gücləndirir. - Qaraqınıq bitkisinin efir yağından diş ağrılarında istifadə edilir. - Diyetik xüsusiyyəti var.  

Saglamolun.Az





Chosen
385
saglamolun.az

1Sources