EN

İran intihar strategiyasına keçir –Yaxın Şərqdə fəlakət ssenarisi başlayır

Musavat.com xəbər verir ki, Yaxın Şərqdə böyük müharibə təhlükəsi kritik həddə çatıb. İran rəhbərliyindən verilən son açıqlamalar ölkənin artıq geri dönüşü olmayan yola girdiyini göstərir.

Tehrandan yayılan bəyanatlarda qeyd olunur ki, İran "ilk mərhələdə" İraqdakı ABŞ hərbi bazalarına zərbə endirməyi planlaşdırır. Lakin bu, son olmayacaq - İran rəsmiləri digər ərəb ölkələrindəki hədəflərin də vurula biləcəyini istisna etmirlər.

Bu məqamda onu da vurğulayaq ki, Yəmən husiləri də İran tərəfdən müharibəyə qoşulduğunu bəyan etdi və ABŞ-a qarşı kəskin bəyanat yaydı.

Bununla yanaşı, strateji əhəmiyyət daşıyan Hörmüz boğazının minalanması ehtimalı da gündəmdədir. Bu, yalnız bölgə üçün deyil, bütün dünya enerji bazarları üçün fəlakətli nəticələrə səbəb ola bilər. Hörmüz boğazı dünyada neftin ən böyük tranzit nöqtələrindən biridir və onun bağlanması qlobal iqtisadiyyatda zəncirvari reaksiya doğura bilər.

Bütün bunların fonunda ABŞ-İran qarşıdurması daha təhlükəli mərhələyə keçmək üzrədir. CNN-in yaydığı məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp bu gecə dünya ictimaiyyətinə müraciət edəcək və rəsmi Vaşinqtonun İranın nüvə obyektlərinə - xüsusilə də Fordodakı yeraltı zənginləşdirmə zavoduna - birbaşa hücum qərarını elan edə bilər.

İranın öz daxili müzakirələrində də artıq müharibə rejiminə keçidə start verildiyi bildirilir. Ekspertlərə görə, bu addımlar Tehran rejiminin "ya hər şey, ya heç nə" strategiyasına keçdiyini göstərir. Rəsmi Tehranın Qərbi və ərəb ölkələrini eyni vaxtda təhdid etməsi, regionun tam bir müharibə cəbhəsinə çevrilməsi riskini doğurur.

Artıq İsrailin son hücumları ilə ciddi şəkildə zədələnmiş nüvə infrastrukturu fonunda İranın strateji səbrinin tükəndiyi görünür. Əgər Tramp bu gecə "hücum" əmrini versə, regionda illərlə davam edəcək, minlərlə insanın həyatına son qoyacaq bir müharibənin qapısı açıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
2
olaylar.az

10Sources