EN

İspaniya Aİ-ni İsrailə silah embarqosu qoymağa çağırır

BAKI. 18 iyun. TELEQRAF

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Avropa İttifaqını Yaxın Şərqdə baş verən son hadisələr fonunda İsrailə silah embarqosu qoymağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İspaniyanın xarici işlər naziri Aİ-nin İsraillə güclü iqtisadi əlaqələri fonunda məsuliyyətini xatırladıb və qeyd edib ki, birlik yəhudi dövlətinin ən böyük ticarət tərəfdaşıdır. Albarez deyib ki, Aİ ölkələri İranla müharibəni davam etdirən İsrailə silah satışını dayandırmalıdır.

Nazir qeyd edib ki, İsrail və İran arasında davam edən eskalasiya Yaxın Şərqdə sabitliyə əhəmiyyətli təhlükə yaradır: "İslam Respublikası ilə nüvə fəaliyyətləri ilə bağlı diplomatik dialoqu bərpa etmək lazımdır".

Chosen
22
teleqraf.com

1Sources