EN

DİQQƏTLİ OLUN: Bu qidaların tərkibində gizli şəkər var

Son zamanlar, qida məhsullarında gizli şəkərin miqdarı artmaqdadır və bu, sağlamlıq problemlərinə səbəb olur.

Bizim.Media xəbər verir ki, Rusiyanın tanınmış dietoloq-endokrinoloqu Yurqita Vareyeva, gizli şəkərin mənbələri açıqlayıb.

Yarımfabrikat salat sousları - Bu məhsullarda dadlandırıcı və konservləşdirici kimi şəkərdən istifadə edir.

İkinci məhsul konservləşdirilmiş ərzaqlardır. Təkcə mürəbbələr deyil, həmçinin konservləşdirilmiş noxud və qarğıdalı da şəkər ehtiva edir.

Sürətli hazırlanan yarmalar - Bu məhsulların tərkibində şəkər və digər sağlamlığa ziyan olan əlavə maddələr olur.
 

“Fast food” və qəlyanaltılar da bu siyahıya daxildir. Çipslər, krakerlər və digər qəlyanaltılar, şəkər və duzla zəngindir. Pendirli pastaların və hamburger çörəklərinin də tərkibində gizli şəkər olur, deyə həkim xəbərdarlıq edib.


Dietoloq, məhsulların tərkibini diqqətlə oxumağı və şəkər ehtiva edən məhsullardan çəkinməyi tövsiyə edir. Həkim xüsusilə, uşaqları şirələr və qazlı içkilər yerinə sadə suya alışdırmağın onların gələcək sağlamlıqları üçün vacib olduğunu vurğulayıb. (saglamolun.az)

Bizim.Media

Chosen
57
33
bizim.media

10Sources