EN

''Fənərbaxça'' ''Siti''nin təcrübəli ulduzu ilə danışıqlar aparır

''Fənərbaxça'' ilə bağlı hər gün yeni transfer iddiası ortaya atılır. Müqavilə müddəti başa çatan Brayt Osayi-Samuel ilə böyük ehtimalla yollar ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi müdafiənin sağ cinahında yaranacaq boşluğu təcrübəli Kayl Uoker ilə doldurmaq istəyir.

''TRT Spor''un xəbərinə görə ''Fənər'' Joze Mourinyonun tələbi ilə 35 yaşlı futbolçuya rəsmi təklif irəli sürüb. Uoker Türkiyəyə gəlməyin əleyhinə deyil. Amma o, ''sarı-lacivərdlilər''dən birillik yox, ikiillik müqavilə tələb edir. Danışıqlar davam edir.

Uokerin ''Mançester Siti'' ilə hələ birillik müqaviləsi var. Amma o, ''Fənər''lə anlaşacağı təqdirdə ''Siti'' ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edə biləcəyini və sərbəst futbolçuya çevriləcəyini bildirib. Çünki Uoker artıq Xosep Qvardiolanın yeni mövsümlə bağlı planlarına daxil deyil.

Tanınmış futbolçuya yaxın Şərq ölkələrindən də təkliflər var. 2017-ci ildən bu yana ''Siti''nin şərəfini qoruyan, bu klubla 6 premyer-liqa çempionluğu qazanan, İngiltərə yığmasında 100-ə yaxın oyun keçirən ünlü müdafiəçi ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Milan''da keçirmişdi.

Chosen
24
football-plus.az

1Sources