EN

Ölkədə mövcud ev təsərrüfatlarının 58%-nin genişzolaqlı internetə çıxış imkanı yaradılıb

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyatakeçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü ilin 11ayı ərzində Azərbaycanda 888 minə yaxın ev təsərrüfatınıngenişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinəistinadən xəbər verir.

Ümumilikdə 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlıinternetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatlarının58%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılmasıhədəflənib.

Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında birneçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsindəminimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarınıəhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Belə ki, hazırda şəhər və kəndlərin GPON (Gigabit PassiveOptical Networks) texnologiyası əsasında yüksəksürətli vəgenişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər gedir.Bu texnologiya üzərindən vətəndaşlar istər ancaq telefoniyaxidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet +televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya(üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlərabunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.

Qeyd edək ki, sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilinsonuna kimi yekunlaşacağı planlaşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Chosen
573
23
az.trend.az

10Sources