EN

İrana qarşı ABŞ-nin bunker dağıdıcı bombalarından istifadə edilə bilər

BAKI, 17 iyun. TELEQRAF

ABŞ Milli Təhlükəsizlik Şurasının İsrail-İran müharibəsinə həsr olunmuş iclası başa çatıb.

Teleqraf xəbər verir ki, görüş 1 saat 20 dəqiqə davam edib.

ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp hazırda bütün variantları nəzərdən keçirir.

Ən çox ehtimal olunan variantlardan biri İsrail bombalarının çata bilmədiyi İranın yerin altında yerləşən Fordo nüvə obyektinə qarşı ABŞ-nin nəhəng "bunker-buster" (bunker dağıdıcı) bombalarından istifadə edilməsidir.

“New York Times” qəzeti yazır ki, Tramp həmçinin İsrail döyüş təyyarələrinin uzaq məsafəli missiyaları həyata keçirə bilməsi üçün ABŞ yanacaqdoldurma təyyarələrinin onları yanacaqla təmin etməsinə icazə verməyi nəzərdən keçirir.

ABŞ rəsmiləri bildiriblər ki, İranın nüvə proqramının ləğv edilməsi Tramp üçün əsas prioritet olaraq qalmaqdadır.

Chosen
14
teleqraf.com

1Sources