EN

Tramp İrana qarşı müharibəyə başlaya bilərmi? BİZİM ŞƏRH KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Böyük Yeddilik sammiti yarımçıq, ultimatumlar havada, bölgəyə ABŞ qüvvələri yığılır – qarşıda nə var?

ABŞ Prezidenti Donald Tramp, Kanadadakı G7 sammitini gözlənilmədən yarımçıq tərk edərək Vaşinqtona qayıtdı. Rəsmi səbəb açıqlanmasa da, ehtimal olunur ki, bu addım İsraillə İran arasında alovlanan müharibə ilə bağlıdır. Tramp dərhal Sitatüasiya otağında fövqəladə toplantı keçirib və bu, mümkün hərbi qərarların ərəfəsində olduğuna işarə kimi qiymətləndirilir.

Eyni zamanda, Tramp İrana qarşı sərt tələblər irəli sürüb: Tehran uranı zənginləşdirməməli və nüvə bombası sahibi olmamalıdır. ABŞ lideri, ölkə vətəndaşlarını Tehranı dərhal tərk etməyə çağıraraq, mümkün hərbi müdaxiləyə “qalın eyham” vurdu.

ABŞ qüvvələri Fars körfəzinə yeridilir

ABŞ Fars körfəzinə “Nimitz” aviadaşıyıcısını və 30-dan çox yanacaq dolduran təyyarəni göndərib. Pentaqon bölgədəki hərbi mövcudluğunu artırır. Hələlik Tramp birbaşa münaqişəyə qoşulmaq üçün İrana qarşı ABŞ bazalarına zərbə endirilməsi şərtini irəli sürür. Ancaq tarix göstərir ki, belə siyasi qərarlar üçün bəhanə çox tez tapıla bilir.

Tehran danışıqlara hazır olduğunu bildirir

Tehran, ərəb vasitəçiləri ilə ABŞ-a mesaj göndərərək danışıqlara və atəşkəsə razılıq verə biləcəyini, lakin bunun üçün Vaşinqtonun hərbi əməliyyatlarda iştirak etməməsini, İsrailin isə hücumları dayandırmasını istəyir. Lakin İsrail təkbaşına atəşkəsə getməyəcəyini açıq şəkildə bəyan edir – düşmənə “nəfəs almaq imkanı verilməməlidir”.

Münaqişənin gedişatı və ABŞ-ın rolu

Ekspertlər hesab edir ki, İsrailin hücum imkanları azaldıqca və İranın davamlı müqavimət potensialı ortaya çıxdıqca, ABŞ münaqişəyə birbaşa qoşulmaq məcburiyyətində qala bilər. Əks halda, əsas regional müttəfiqi İsrailin məğlubiyyəti ABŞ-ın Yaxın Şərqdəki mövqeyini sarsıda bilər.

Eyni zamanda İranın raket ehtiyatlarının azaldığı iddia olunur. Tehran hələlik Ormuz boğazını bağlamayıb – bu addım atılsa, bu, dünya enerji bazarını silkələyə bilər.

Trampın hədəfi nədir?

Tramp İrana nüvə silahı qadağası, urandan imtina və İsrailə qarşı hərbi təzyiqlərin dayandırılması kimi şərtlərlə çıxış edir. Vitse-prezident Cey Di Vens və xüsusi elçi Stiven Uitkoff artıq bu həftə İran nümayəndələri ilə görüşmək üçün təlimat alıb.

Bütün gözlər Vaşinqtondadır

İsrail, ABŞ-ın bu müharibəyə cəlb olunmasında maraqlıdır. Ölkə hər gün 300 milyon dollar itirir və raket zərbələrinin miqyası əvvəlki kimi deyil – hava hücumundan müdafiə sistemləri də artıq çat verməyə başlayıb.

Mənbələr: Haqqin.az, Reuters, İran İnternational.

KONKRET.az-ın analitik qrupu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
42
konkret.az

10Sources