ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin yerinin ABŞ-a məlum olduğunu, ancaq onu öldürməyəcəklərini qeyd edib.
Leqal.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Sosial" platformasında paylaşımında bildirib.
“Biz İranın “Ali Rəhbəri”nin harada gizləndiyini bilirik. O, çox asan hədəfdir, lakin orada təhlükəsizlikdədir. Biz onu öldürməyəcəyik, ən azından indilik. Ancaq biz mülki şəxslərə və ya Amerika hərbçilərinə raket atılmasını istəmirik. Bizim səbrimiz tükənir”, - Tramp vurğulayıb.
Leqal.info