İranın sabiq Prezidenti Mahmud Əhmədinejatın ofisi ona qarşı sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, siyasətçinin ofisi onun sui-qəsd nəticəsində öldürülməsinə dair yayılan məlumatları təkzib edib.
***
İranın sabiq Prezidenti Mahmud Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.
Oxu.Az xəbər verir ki, rəsmi mənbələr yayılan məlumatı təkzib ediblər.
Bildirilib ki, sabiq İran prezidentinə qarşı sui-qəsd cəhdi mümkün olsa da, hazırda o sağdır.