EN

UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüş keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 iyun, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. Onlar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.

Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu, həm də Tofiqin UFC-də debütü olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
13
azertag.az

10Sources