Luka Yoviç “Milan”dan ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə tanınmış insayder Nikola Skira məlumat yayıb. 27 yaşlı futbolçunun bu ayın sonunda müddəti başa çatacaq müqaviləsi yenilənməyəcək.
Serbiyalı futbolçu “Milan”a 2023-cü ilin sentyabrında keçib. Hücumçu İtaliya çempionatının ötən mövsümündə 15 oyunda iştirak edib və 2 qol vurub.