İspaniyanın elita təmsilçilərindən olan "Vilyarreal" yeni vinger transfer edib.
Fanat.Az sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Las Palmas"ın oyunçusu Alberto Moleyro heyətə qatılıb.
21 yaşlı futbolçu müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan sazişə imza atıb. Bu keçid "Vilyarreal"a 16 milyon avroya başa gəlib. "Las Palmas" Moleyronun satışından müxtəlif bonuslar şəklində daha 3 milyon avro gəlir əldə edə bilər.
Qeyd edək ki, Moleyro ötən mövsüm "Las Palmas"ın heyətində 35 matça çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat