"Barselona"ya mümkün transferi gündəmdə olan Niko Vilyams "Real Madrid" klubunun təklifini geri çevirib.
Offsideplus.az ispan mətbuatına istinadən xəbər verir ki, ispaniyalı futbolçu üçün "Kral klubu" "Atletik"ə sərbəstqalma məbləğini ödəməyə hazır olub. Keçid bu yay baş tutmağa yaxın olsa da, Niko "Real"ın təklifinə "yox" cavabı verib.
Ulduz futbolçu karyerasını yalnız "Barselona"da davam etdirmək istəyir.