EN

“Davamlı zərbələr ciddi radioaktiv çirklənmə riski yaradır”

“İsrail İranın nüvə obyektlərinə hücumu dərhal dayandırmalıdır, çünki davamlı zərbələr ciddi radioaktiv çirklənmə riski daşıyır və bütün dünya üçün təhlükə yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke deyib.

Onun sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra münaqişənin genişlənməsinin qarşısı çox gec olmadan alınmalıdır. Təşkilatın qiymətləndirmələrinə görə, belə bir inkişaf nüvə obyektlərinə zərbələr endirdikdən sonra insan sağlamlığı və ətraf mühit üçün uzunmüddətli təhlükə yaradan radiasiya riski ilə ciddi radioaktiv çirklənməyə səbəb ola bilər.

Parke hesab edir ki, münaqişə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradır. Buna görə də döyüşləri dayandırmaq üçün hər iki tərəfə təzyiq göstərilməlidir.

 

Chosen
29
3
qafqazinfo.az

4Sources