EN

"Le Havre" rusiyalı futbolçu ilə yollarını ayırıb

Fransanın "Le Havre" klubu rusiyalı yarımmüdafiəçi Daler Kuzyaevlə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçunun müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq və tərəflər yeni sözləşmə imzalamamağa qərar veriblər.

Qeyd edək ki, Kuzyaev 2023-cü ilin yayında "Le Havre"yə transfer olunmuşdu. Bu müddət ərzində o, bütün turnirlərdə 46 oyun keçirib, 4 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 3,5 milyon avrodur.

Chosen
21
90deqiqe.az

1Sources