EN

Məşhur aktyor 20 kilo arıqladı: "İndi çimərlik mövsümünə hazıram!"

Məşhur aktyor 20 kilo arıqladı: "İndi çimərlik mövsümünə hazıram!"Teatr səhnələrinin enerjili siması, ekranların sevilən aktyoru Bülent Şakrak bu dəfə pərəstişkarlarının qarşısına aktyorluğu ilə deyil, keçirdiyi fiziki dəyişikliklə çıxıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qonaq olduğu televiziya proqramında həyat tərzindəki radikal dönüşüm prosesindən danışan Şakrak, səmimi və əyləncəli açıqlamaları ilə diqqət çəkib.

Bir vaxtlar artıq çəkisi ilə mübarizə apardığını etiraf edən aktyor, bu məsələdə artıq daha şüurlu davrandığını bildirib: "Bəzən kökəlirəm, sonra yenidən arıqlayıram. Amma yaş artdıqca bu məsələyə daha diqqətlə yanaşmağa başladım. Əvvəllər daha kök idim, indiki çəkimlə o dövrlər arasında 20 kilo fərq var. Çimərlik mövsümünə hazıram!"

Chosen
5
sonxeber.az

1Sources