EN

Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondu çərçivəsində Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmannsdorferlə görüşüb.

AYNA.AZ xəbər verir ki, bu barədə M.Cabbarov özünün “X” hesabında yazıb.

“Biz Azərbaycanda mövcud olan investisiya imkanlarını qeyd etdik. İqtisadi və ticarət əlaqələri, enerji, sənaye inkişafı, texnologiya və digər strateji sektorlarda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün potensial imkanları müzakirə etdik”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
3
ayna.az

4Sources