“Sabah” futbolçusu Con İrasabal ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2022-ci ildən “Sabah”ın formasını geyinən müdafiəçi ilə müddəti başa çatan müqavilə uzadılmayıb.
Con “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, “bayquşlar”la birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.