EN

Millimiz Türkiyədə təlim məşq toplanışına start verdi

Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışına start verib.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət 10 idmançı Kastamonuda hazırlıq keçir.

O, toplanışa Anaxanım İsmayılova, Banuçiçək Nəsirli (hər ikisi 48 kq), Marjona Savriyeva, Cəmilə Sultanlı (hər ikisi 51 kq), Zeynəb Rəhimova, Aysu Mikayılova, Nərgiz Zeynalova (hər üçü 54 kq), Aynur Mikayılova (57 kq) Özləm Həsənova və Emili Rzayevanı (hər ikisi 65 kq) cəlb edib. Məşqlərdə millimizlə yanaşı, Türkiyə, Özbəkistan və Gürcüstan boksçuları da iştirak edirlər.

Toplanış iyunun 27-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
10
idmanxeber.az

10Sources