EN

Azərbaycanda ictimai iaşə xidmətlərinin dövriyyəsi 17 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 987,9 milyon manat olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 16,6 % çoxdur.

Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,3 %-i hüquqi şəxslərin, 48,7 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

5 ayda hüquqi şəxslər üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 17 % artaraq 502,2 milyon manat olub.

Chosen
8
5
report.az

6Sources