EN

"Citi"dən investorlara xəbərdarlıq - Qızılın yüksəliş dövrü bitir

"Citi" investisiya tələbinin azalması və qlobal artım proqnozunun yaxşılaşması səbəbindən qızılın unsiyasının 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində 3000 dollardan aşağı düşə biləcəyini proqnozlaşdırıb.

Teleqraf xəbər verir ki,bank 3 aylıq proqnozunu 3500 dollardan 3300 dollara, 6-12 aylıq proqnozunu isə 3000 dollardan 2800 dollara endirib.

"Citi" analitiklərinə görə, qızılın qiyməti ilin üçüncü rübündə geosiyasi risklər, ABŞ büdcəsində problemlər, qüvvəyə minən yeni tarflər səbəbindən 3100-3500 dollar diapazonunda konsolidasiyaya davam edəcək. Daha sonra azalma tendensiyası başlayacaq:

“Qızıla investisiya tələbinin 2025-ci ilin sonundan azalacağını gözləyirik".

Bankdan 2026-cı ilin ikinci yarısında qızılın unsiyasının 2500-2700 dollar ətrafında olacağı açıqlanıb.

Qızılınunsiyasının hazırkı qiyməti 3381 dollardır.

Chosen
5
teleqraf.com

1Sources