EN

“Sabah”ın Avroliqadakı rəqibi bəlli oldu

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

 

Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi “Sabah”ın da rəqibi bəlli olub.

 

Püşkatma zamanı səpələnməmişlər səbətində yer alan “Sabah” Sloveniyanın “Selje” klubuna rəqib olub.

 

Qeyd edək ki, “Sabah” ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Chosen
19
3
sfera.az

10Sources